Bu rayon susuz qaldı
    • 20-09-2022, 16:48
    • 320

Bu rayon susuz qaldı

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcəbədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə News24.az-a Azərsu ASC-dən bildirilib.

Məlumata görə, hazırda qurumun qəza briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.