"Qalatasaray" onunla yolları AYIRDI
    • 2-11-2024, 11:16
    • 365

"Qalatasaray" onunla yolları AYIRDI

Türkiyənin "Qalatasaray" klubunun qapıçısı Fernando Muslera mövsümün sonunda karyerasını başa vuracaq.

News24.az xəbər verir ki, bu barədə yerli "Milliyet" nəşri məlumat yayıb.

38 yaşlıq qolkiper məsələ ilə bağlı İstanbul təmsilçisinin rəhbərliyinə və baş məşqçi Okan Buruka məlumat verib.

Qeyd edək ki, uruqvaylı oyunçu 2011-ci ildən "sarı-qırmızılar"ın formasını geyinir. O, bu müddət ərzində yeddi dəfə Superliqanın qalibi olub. Təcrübəli qapıçı qapıçı dörd dəfə ölkə kubokunu, altı dəfə isə Superkuboku qazanıb.