Odlar Yurdu Universitetindən bufetdəki qadağa ilə bağlı AÇIQLAMA
    • 21-09-2022, 13:42
    • 666

Odlar Yurdu Universitetindən bufetdəki qadağa ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Odlar Yurdu Universitetinin bufetində stullar yığışdırılıb. Qalan stulların yalnız müəllimlər üçün olduğu deyilib.

News24.az
xəbər verir ki, faktla bağlı Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov açıqlama verib.

O bildirib ki, xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur: "Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq. Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.