"Bakcell" və "Nar" şəbəkələrindəki nasazlıq aradan qaldırıldı
    • 21-09-2022, 22:26
    • 344

"Bakcell" və "Nar" şəbəkələrindəki nasazlıq aradan qaldırıldı

Bu gün axşam saatlarında “Nar” şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə “Nar” şirkətindən bildirilib.

Qeyd olunub ki, şəbəkə xidmətlərində yaranan çətinlik bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

22:06


Bu gün axşam saatlarında "Bakcell" operatorunun şəbəkəsində yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə News24.az "Bakcell" şirkətindən bildirilib. 

"Artıq abunəçilərimiz rahatlıqla "Bakcell" xidmətlərindən istifadəyə davam edə bilərlər. Nasazlığın səbəbləri ilə bağlı məlumat veriləcək. Bu müddət ərzində göstərdikləri anlayışa görə dəyərli abunəçilərimizə təşəkkür edirik!", - şirkətdən əlavə olunub.