-
- 5-12-2019, 10:13
- 861
Bakı-Sumqayıt qatarında TEXNİKİ NASAZLIQ
Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.
Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.