-
- 22-09-2022, 12:26
- 299
Livanda bütün banklar və kredit təşkilatları qeyri-müəyyən müddətə bağlandı
Livanda bütün banklar və kredit təşkilatları qeyri-müəyyən müddətə bağlanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livan Banklar Assosiasiyası məlumat yayıb.
Məlumata görə, bu qərar ayrı-ayrı bankların müştərilər tərəfindən ələ keçirilməsindən sonra verilib.
Kredit təşkilatları da onların təhlükəsizliyi ilə bağlı qərarlar qəbul olunana qədər bağlı qalacaq.
Xatırladaq ki, ötən həftə əmanət qoyduqları pulların qaytarılmasını tələb edən qəzəbli müştərilər bankın on filialını zəbt ediblər. Onlardan bəziləri pullarını geri ala bildilər.
Banklar Assosiasiyası da əmanətlərin qaytarılması müharibəsinin başladığını açıqlayıblar.
Qeyd edilib ki, bu vəziyyətdə yeganə çıxış yolunun bankların və kredit təşkilatlarının bağlı qalmasıdır.