Vilayət Eyvazov iki bölməyə rəis TƏYİN ETDİ
    • 24-09-2022, 10:21
    • 309

Vilayət Eyvazov iki bölməyə rəis TƏYİN ETDİ

Bakı şəhəri üzrə polis idarələrində yeni təyinatlar baş tutub.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Ramil Cəbiyev Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin rəisi vəzifəsinədan azad olunub. O, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə rəis təyin edilib.

Digər əmrlə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəisi Nizami Novruzov vəzifəsindən azad edilərək 40-cı Polis Bölməsinə rəis təyin edilib.