-
- 25-09-2022, 13:03
- 482
Ruslar Odessaya dron-kamikadzelərlə zərbə endirdi
Sentyabrın 25-də səhər saatlarında Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron-kamikadzelərlə hücum edilib.
News24.az Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə “Cənub” Operativ Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.
"Odessanın mərkəzində yerləşən inzibati binaya üç dron zərbəsi endirib. Xilasetmə əməliyyatı və yanğının söndürülməsi davam edir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, şəhərə dörd dronla hücum edilib. Hava hücumundan müdafiə qüvvələri bir pilotsuz uçan aparatı vurub. Əhali arasında itki və zərər çəkən yoxdur.