Bolqarıstana miqrant axını: Fövqəladə vəziyyət elan olundu
    • 25-09-2022, 15:05
    • 427

Bolqarıstana miqrant axını: Fövqəladə vəziyyət elan olundu

Bolqarıstanın cənub-şərqində qanunsuz miqrant axını ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu gündən etibarən yerli sərhəd polisi, jandarma və meşə təsərrüfatının qüvvələri, həmçinin ordu hissələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. 

“Biz sərhədlərimizi qeyri-qanuni mühacirlərdən qorumaq üçün fəal hərəkətlərə keçirik”, - deyə Bolqarıstan Daxili İşlər Nazirliyinin rəhbəri İvan Demerciev bildirib. 

Rəsmi məlumata görə, Bolqarıstan-Türkiyə və Bolqarıstan-Yunanıstan sərhədlərində ölkənin Burqas, Yambol və Haskovo bölgələrində müvafiq məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti son iki ay ərzində ölkənin cənub-şərqində ümumilikdə 2,5 mindən çox qeyri-qanuni miqrantın saxlanıldığı barədə məlumat verib.