Bolqarıstanın keçmiş baş naziri saxlanıldı
    • 18-03-2022, 01:00
    • 1 212

Bolqarıstanın keçmiş baş naziri saxlanıldı

Bolqarıstanın keçmiş baş naziri və GERB partiyasının lideri Boyko Borisov polisin genişmiqyaslı əməliyyatı zamanı saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu  məlumat yayıb.

Radionun məlumatına görə, Avropa prokurorluğu Bolqarıstan üçün ayrılmış vəsaitlərin mənimsənilməsi ilə bağlı 120 faktı araşdırır.

Bolqarıstan Milli Televiziyasının məlumatına görə, əməliyyat zamanı keçmiş maliyyə naziri, büdcə komissiyasının sədri və partiya üzvləri də saxlanılıb.