Türkiyə səfirliyi: Qarabağdakı Azərbaycan bayrağının əbədi dalğalanmasını arzu edirik
    • 27-09-2022, 11:36
    • 263

Türkiyə səfirliyi: Qarabağdakı Azərbaycan bayrağının əbədi dalğalanmasını arzu edirik

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım günü münasibətilə “Twitter“də paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

“27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”