“Vətəni yaşadanları biz də yaşadaq” - anım tədbiri
    • 27-09-2022, 17:17
    • 248

“Vətəni yaşadanları biz də yaşadaq” - anım tədbiri

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyinin açıq səma altında ekspozisiyasında 27 sentyabr Vətən müharibəsinin başlanmasının 2-ci ildönümünə həsr olunmuş “Vətəni yaşadanları biz də yaşadaq” adlı tədbir keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan oğullarının torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxdığı gün -  27 sentyabr Vətən müharibəsinin başlanmasının 2-ci ildönümünə həsr olunan  Anım tədbirində Müdafiə Nazirliyinin  hərbi hissələrin, veteran təşkilatları, 53saylı, 175-176 saylı,173 saylı tam orta məktəblərin müəllim və şagird heyəti iştirak edib.

Anım tədbirində muzey rəisi e. o. polkovnik Əzizağa Qəni-zadənin, Abşeron rayon Müharibə Veteranlar Cəmiyyətinin sədr müavini e.o.zabit Sahib Əsgərovun, 53 saylı tam orta məktəbin tarix müəlliməsi Yeganə Aslanovanın çıxışları dinlənilib. 

Anım tədbiri xatirə şəkilinin çəkilməsi ilə tamamlanıb.