14 gündən sonra nəşi tapılan şəhid Elvin Abdullayev dəfn edildi - FOTO

14 gündən sonra nəşi tapılan şəhid Elvin Abdullayev dəfn edildi - FOTO
QARABAĞ

27-09-2022, 22:37

Mətn ölçüsü

Sentyabrın 12-də Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan əsgər Abdullaye Elvin Elçin oğlu dəfn olunub.

14 gündən sonra tapılan şəhidin nəşi doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsinə gətiriləndən sonra yaşadığı evində vida mərasimi keçirilib.

Daha sonra 19 yaşlı şəhid Abdullayev Elvin Elçin oğlu rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur./APA/