"ABŞ rusları səfərbərlikdən xilas etməyə hazırdır" - Ağ Evin mətbuat katibi
    • 28-09-2022, 13:04
    • 231

"ABŞ rusları səfərbərlikdən xilas etməyə hazırdır" - Ağ Evin mətbuat katibi

Səfərbərlikdən gizlənən Rusiya vətəndaşları ABŞ-da sığınacaq almaq üçün müraciət edə bilərlər.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pier bildirib.

"Biz hesab edirik ki, milliyyətindən asılı olmayaraq, onlar ABŞ-da sığınacaq üçün müraciət edə bilərlər və hər bir müraciətə fərdi qaydada baxılacaq", - Jan-Pier bildirib.

Lakin o, səfərbərlikdən qaçan ruslara hansısa prioritet qayda təklif ediləcəyi və ya sığınacaq üşün xüsusi şərtlərin veriləcəyini açıqlamayıb.