Təhsil naziri rüşvət alan zaman SAXLANILDI
    • 29-09-2022, 11:19
    • 7 801

Təhsil naziri rüşvət alan zaman SAXLANILDI

Qırğızıstanın elm və təhsil naziri Almazbek Beysenaliyev rüşvət almaqda ittiham edilir. 

News24.az İHA-ya istinadla xəbər verir ki, Qırğızıstan Daxili İşlər Nazirliyinin Mətbuat Mərkəzindən verilən açıqlamada bildirilib ki, nazir əcnəbi tələbələri ali məktəblərə qəbul etdirmək üçün 110 min dollar rüşvət alıb.

Cinayət işi üzrə aparılan istintaq nəticəsində nazir cinayət başında yaxalanıb və saxlanılıb. 

Qumral Əliyeva