Bakıda dostlar arasında mübahisə qanla bitdi - VİDEO
    • 29-09-2022, 16:25
    • 254

Bakıda dostlar arasında mübahisə qanla bitdi - VİDEO

Bakıda ağır cinayət olub. Parkda mübahisə edən tanışlar daha sonra əlbəyaxa dava ediblər. Dava o həddə çatıb ki, biri digərini bıçaqlayıb. Bəs cinayətə səbəb nə olub?

News24.az "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, dostlar arasında mübahisə ağır cinayətə səbəb olub.

Hadisə səhərə yaxın paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, saat 04 radələrində İlqar Əhlimanov küçəsində 38 yaşlı Əfqan Qədəşov öldürülüb.

Hər iki şəxsin Hövsan qəsəbə sakini olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda  ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb, hadisənin təfərrüatları araşdırılır.