TƏBİB Rəhimli Rəhimlinin ölüm səbəbini açıqladı
    • 30-09-2022, 11:33
    • 346

TƏBİB Rəhimli Rəhimlinin ölüm səbəbini açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəstəkar-müğənni Rəhimli Rəhimlinin ölüm səbəbini açıqlayıb.

News24.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çarığış daxil olduğunu bildirib.

Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

Allah rəhmət eləsin!