Artıq AMEA-da mətbuat katibi postu OLMAYACAQ
    • 1-10-2022, 14:30
    • 331

Artıq AMEA-da mətbuat katibi postu OLMAYACAQ

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva vəzifəsindən azad edilib.

News24.az-a açıqlamasında Azadə Balayeva bildirib ki, AMEA-da mətbuat katibi postu ləğv olunub. Bu səbəbdən də vəzifəsindən azad olunub:" Artıq AMEA-da mətbuat katibi postu olmayacaq. Mətbuat katibi vəzifəsi olmayacağına görə mən də artıq o postda olmayacağam".  

A.Balayeva  qeyd edib ki, bundan sonra fəaliyyətini AMEA-nın institutlarından birində yaxud ictimaiyyətlə əlaqələr şöbəsində davam etdirə bilər.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın yeni strukturu təsdiqlənib və işçilərin say həddi 3 510 nəfər müəyyənləşdirilib. Yeni strukturda akademiyanın 22 elmi müəssisəsi fəaliyyət göstərəcək.

Xatırladaq ki, A.Balayeva AMEA-nın mətbuat katibi vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi.