AMEA saytının baş redaktoru işdən çıxdı
    • 23-09-2020, 14:55
    • 781

AMEA saytının baş redaktoru işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

News24.az xəbər verir ki, N.Qəhrəmanova bu barədə sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, 11 ildən sonra AMEA-nın saytından ayrılmağa qərar verib:

"Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim. Azərbaycanın ilk veb-portalı olan science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi kimi davam etdirəcəm".