“Olay.az”-ın 1 yaşı tamam oldu
    • 4-10-2022, 10:43
    • 319

“Olay.az”-ın 1 yaşı tamam oldu

Bu gün 2021-ci il 4 oktyabr tarixində fəaliyyətə başlayan “Olay.az” xəbər portalının 1 yaşı tamam olur.

Olay.az Azərbaycanın mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı şou xəbərləri oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə şou, mədəniyyət, dəb, əyləncə, gözəllikdən bəhs edən müsahibələr, reportajlar, bloq yazıları işıqlandırılır. Portal tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Sayt qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, öz adinə layiq olmağı bacarıb və digər saytlarla rəqabətdə öz sözünü deyib.

News24.az komandası olaraq həmkarlarımızı ürəkdən təbrik edir, yeni uğurlar arzu edirik!