“Qafqazinfo”nun 10 yaşı tamam oldu
    • 16-08-2020, 15:58
    • 1 001

“Qafqazinfo”nun 10 yaşı tamam oldu

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının ildönümüdür.

News24.az xəbər verir ki, portalın bu gün 10 yaşı tamam olur.

“Qafqazinfo” inkişaf edərək hər il oxucu kütləsini və sıralarını genişləndirir. Hazırda xəbər portalının 23 rəsmi əməkdaşı var.

Bundan başqa, ölkənin digər rayonlarında baş verən xəbərləri daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də fəaliyyət göstərir. 24 saat ərzində yenilənən xəbər portalı 3 növbəli sistemlə işləyir. 

Gün ərzində sayta 150-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir.

News24.az komandası adından “Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, sağlam həyat və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!