İnsan müdaxiləsi olmadan işləyən robot
    • 5-10-2022, 01:50
    • 319

İnsan müdaxiləsi olmadan işləyən robot

“Hadrian 105” adlanan robot insan müdaxiləsi olmadan avtomatik kərpic qoyma qabiliyyətinə malikdir.

News24.az 
xarici saytlara istinadla xəbər verir ki, robotun məhsuldarlığı saatda 225 kərpic təşkil edir, bu isə bir inşaatçının göstəricisindən təxminən 4 dəfə çoxdur.

Robotun cihazı inanılmaz dərəcədə sadədir və əslində bu hidravlik qol-manipulyatordur. Kərpiclərin robot tərəfindən yerləşdirilməsi 0,5 millimetr dəqiqliklə aparılır.