-
- 5-10-2022, 10:14
- 275
"Olimpiakos"la matçda oyunçulara böyük məsuliyyət düşəcək"- Qurban Qurbanov
"Bu matçda futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək".
News24.az "Report"-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiakos"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Yunanıstana səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis Afinadakı görüşdə qələbə qazanmaq istədiklərini bildirib: "Amma hər şeyi nəzərə almaq lazımdır. Rəqib komandada qrupdakı iki məğlubiyyətdən sonra dərhal baş məşqçi dəyişikliyi baş verib. İddialarının çox olduğu görünür. Bu matça da ciddi hazırlaşıblar. Baş məşqçi dəyişikliyi məni ən çox narahat edən məqamlardan biridir. Dəfələrlə belə hallar yaşanıb. Hər şeyin qaydasında olmasını istəyirik. Rəqib bizi daha yaxşı tanıyır. Hər halda, bütün bunlar bizə təcrübə verir. Daha diqqətli və istəkli olmağa çalışacağıq. Belə qarşılaşmalarda bəzi detallara diqqət ayırmalıyıq. Hansı ki hazırda bunları bilmirik və oyun vaxtı görəcəyik".
Təcrübəli baş məşqçi səfərə bir gün əvvəl yollanmalarına da aydınlıq gətirib: "Bəzən proqramda dəyişiklik olur. Hazırlaşmaq üçün vaxtımız az idi. Buna görə əsas məşqlərimizi Bakıda etmək istədik. Hazırlıqlar pis keçməyib, futbolçuların durumu da əvvəlki günlərə nisbətən daha yaxşıdır. "Olimpiakos"a yeni rəqib deyə bilərəm. Çünki son qarşılaşmada yeni baş məşqçinin rəhbərliyi altında fərqli oyun sərgilədilər. Onlarla yaxından tanış olduq. Yunanıstana yaxşı oyun göstərmək üçün gedirik. Komandada da hər şey qaydasındadır".
Qurbanov zədəli Marko Yankoviçin durumu barədə də danışıb: "Neftçi" ilə matçdan sonra durumu bir az ağır oldu. Amma dünən fərdi qaydada məşq etdi. Bu gün klinikadan birbaşa hava limanına gəlib. Hər şey yaxşılığa doğru gedir. Sabahadək vaxtımız var. Onunla bağlı qərarı oyun günü verəcəyik. Digər oyunçularda isə hər şey qaydasındadır".
Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.