Xırdalanda altımərtəbəli yaşayış binasında yanğın olub
    • 5-10-2022, 21:32
    • 208

Xırdalanda altımərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonunda yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonunun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 20 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;