-
- 7-10-2022, 13:56
- 421
“Azərbaycan hərbi əməliyyatlar planını MASADAN YIĞIŞDIRMAYIB, ancaq...” – Şərh
İlham Əliyevlə Nikol Paşinyanın Praqa müzakirələri beynəlxalq və regional nizam çərçivələrinin dağıdılıb, onun yerində yenilərinin inşa edilməsi cəhdləri fonunda “Moskva yoxsa Qərb mərkəzli sülh modeli” dilemmasının ortaq cəhətlərlə həlli üçün əhəmiyyət daşıyırdı.
Bunu News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, burada prosesləri iki istiqamət üzrə mənalandırmaq zərurətləri yaranır:
“ 1. Azərbaycan xarici siyasətindəki balans nisbətini dəyişməyib və özünə sərf edən məqamları əsas tutaraq həm Qərblə, həm də Rusiya ilə münasibətlərini qoruyub saxlayır.
2. Ermənistan Kremli şantaj etmək yolu ilə Rusiyadan qaçaraq Qərbin qucağına sığınır.
Deməli, Azərbaycan yox, məhz Ermənistan dərin müşküllərə yuvarlanır, çünki İrəvan bilir ki, Moskva onu cəzalandırmaq üçün daha çox rıçaqlara malikdir. Amma Azərbaycana qarşı da tövr sərgiləmək üçün o, beynəlxalq aləmə üz tutaraq sülh müqaviləsinin mətnini özünün ənənəvi hiyləgər siyasətinə uyğun tərtib etdirmək istəyir.
Azərbaycanla Türkiyə isə Rusiya və Qərblə uzlaşdırılmış maraqlar kontekstində həmin bicliyin önünə keçməyi bacarır və regional mühitdəki dəyişiklikləri özlərinin strateji müttəfiqlik əlaqələrinin xarakteri ilə təsnifatlandırır.
Praqadakı görüşün nəticəsi olaraq qəbul edilən bəyanatda BMT Nizamnaməsinin təməli əsasında 1991-ci ildə qəbul edilən Alma-Ata bəyanatının adı çəkilir.
Bu, ərazi bütövlüyü məsələsinin qarşılıqlı tanınmasının Cənubi Qafqazdakı yeni reallıqlar zəminində əhəmiyyətini artırır, lakin onu da qeyd etmək lazımdır ki, bu mövzuda strateji qavrayışlarda fərqlər hələ də mövcuddur. Ərazi bütövlüyü mövzusunda irəliləyişlər olsa da, Ermənistan hələ “yeni ərazilər üçün yeni müharibələr” doktrinasından əl çəkdiyini, Türkiyəyə ərazi iddialarını aradan qaldırdığını bəyan edən aydın siyasət yürütmür. Ona görə də, Azərbaycan özünün Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinanın tələblərindən irəli gələn təhlükəsizlik tədbirlərini görməkdən çəkinmir. Üstəgəl, danışıqlar masasında sərhədlərin delimitasiyasına dair XIX əsr xəritələrinin də müzakirə predmetinə çevrilməsi onun əyanıdır ki, Ermənistan Azərbaycanın tələblərinin həcmi ilə razı olmayacaq”.
O, əlavə edib ki, Azərbaycan hərbi əməliyyatlar planını masadan yığışdırmayıb, lakin Praqadakı görüş sülh müqaviləsinin imzalanması üçün həlledici bir prosesi başlatdı: “Praqa bəyanatı onun nişanəsidir ki, danışıqlar stolunda sülh müqaviləsinin ilkin variantı mövcuddur və bundan sonra tərəflərin XİN başçıları həmin variantları müzakirə edərək yekun firəvanlığı təmin edən addımlar atacaqlar. Amma hər şey düşünüldüyü kimi, ağ deyil, ortaya qara fonlar da çıxacaq, xüsusilə Rusiyanın Ukraynada apardığı müharibə, ABŞ-ın Moskvanın Cənubi Qafqazdakı rıçaqlarını zərərsizləşdirmək siyasəti proseslərə bəzi xələl gətirə bilər.
Xüsusilə, Zəngəzur dəhlizinə nəzarət uğrunda gedən çəkişmənin təzahürləri aydın hiss olunacaq, lakin bütün bunlar o demək deyil ki, Qərb və Rusiya sülhdə maraqlı deyil.
Digər bir məqam Böyük Britaniya-ABŞ ikilisinin Fransanı sıxışdırmaq cəhdləri fonunda onların Cənubi Qafqazdakı rəqabəti stimullaşır. Cənubi Qafqaz meydanındakı rəqabətin yeni-yeni elementləri Azərbaycanı Türkiyə ilə birgə addımlar atmağa vadar edir.
Ona görə də, Azərbaycan maksimum şəkildə sülh müqaviləsinin imzalanmasını tezləşdirib onu hüquqiləşdirən bir qüvvəyə mindirməyə tələsir. Bunun geosiyasi səbəbləri var, ən azından dünyadakı nizam tərəzisinin dəyişməsi üçün aparılan siyasətdən sığortalanmaq məqsədləri daşıyır”.