-
- 21-09-2022, 15:16
- 564
Sərhəddə hadisələr yenidən ALOVLANA BİLƏR, sülhün “bərəkəti qaçır...” – ŞƏRH
“Azərbaycanın hərbi əməliyyatları bərpa etməsi üçün mayaklar mövcuddur, çünki Ermənistanda revanşizm təzahürləri yenidən regiona təhlükə gətirir. Hələlik nisbi sakitlikdir, açığı Azərbaycan Ordusunun sərhəddəki toqquşmalardan sonra mövqeləndiyi ərazilərin konkret rəsmi xəritəsi yoxdur. Azərbaycan ərazi uğurlarını açıqlamaması hələ də danışıqların getdiyini, hansısa razılaşmaya ümidlər olduğunu göstərir”.
Bunu News24.az-a açıqlamasında sərhəddəki hadisələrin gedişatını şərh edən siyasi analitik Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, atəşin dayandırılması müvəqqəti xarakterə malik ola bilər, çünki hələ də Azərbaycan genişmiqyaslı strateji hədəfi yolunda istədiyini ala bilməyib: “Azərbaycan təhlükəsizlik yastığını inşa etmək üçün Ermənistandan zəmanətlər almalıdır, lakin İrəvanın sülhdən yayınması fonunda həmin qarantiyalar Bakı tərəfinə verilmir.
Ona görə də, Azərbaycan üçün son toqquşmalardan sonra hərbi əməliyyatları ikinci fazaya daxil etmək zərurətləri meydana çıxır.
Bura qədər dediklərimiz ikitərəfli münasibətlərdəki qara nöqtələrə vurğudur, hadisələrin qlobal səhnədəki spektrləri isə daha dərin və qarışıq məzmundadır”.
O əlavə edib ki, ABŞ-ın Rusiyanı Cənubi Qafqazda “ağıllandırmaq” siyasəti və Moskvanın əks-həmlələri, Britaniya amili regional sülhün bərəkətini qaçırır: “Söhbəti ona gətirmirik ki, nəhənglər sülh istəmirlər, amma maraqların toqquşması taxta kimin çıxması mübarizəsini gücləndirir ki, bu da sülh gündəliyini zədələyir. Azərbaycan Türkiyə ilə birlikdə preventiv tədbirlər görməlidir və istiqamətləri elə seçməlidir ki, çarpışmanın ortasında qalmasın, əksinə daha üstün mövqelərə çıxış əldə etsin. Azərbaycanın sərhəddəki əməliyyatları bunu nümayiş etdirdi, ancaq bundan sonrakı gedişatları oyun kartlarının hansı yerə qoyulması müəyyənləşdirəcək.
Təbii ki, Azərbaycan Rusiyanın Ermənistana olan qəzəbli siyasətindən faydalanıb, özünün üstünlüklərini göstərməkdə davam edəcək”.