Azərbaycanlı deputat əlil arabasında OTURDU — FOTO
    • 7-10-2022, 15:37
    • 268

Azərbaycanlı deputat əlil arabasında OTURDU — FOTO

Millət Vəkili Kamal Cəfərov əlil arabasında oturaraq qazi ilə həmsöhbət olub. 

News24.az xəbər verir ki, bu barədə deputat öz sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, həmsöhbət olduğu qazi hər iki ayağını itirən 7 qazidən biridir:"2-ci Qarabağ müharibəsi qazisi, hər iki ayağını itirmiş 7 qazimizdən biri Natiqin 12-ci əməliyyatı uğurla keçdi. İnşallah bu son əməliyyatı olar. Natiqlə görüşdük, qayğıları ilə maraqlandıq. 

Natiq Prezident təqaüdü alır. Dövlət dəstəyi ilə ona ən müasir protez ayaq və avtomobil verilib. Çox şükür ki, bu gün Natiq öz həyatını qurub və çox nikbindir. 

Hesab edirəm ki, Natiq əsl nümunəvi gəncdir və bizim fəxrimizdir".