-
- 8-10-2022, 13:12
- 295
"Azərbaycan dəhlizi güc yolu ilə aça bilər" - “Hraparak”
Praqa görüşünün nəticələri Ermənistan hökumətinin yuxarı eşelonunun nümayəndələri üçün əsl "sürpriz" olub.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti bildirib.
“Fakt budur ki, Nikol Paşinyan Çexiya paytaxtına getməzdən əvvəl onları əmin etdi ki, Qərbin və xüsusən də ABŞ-ın səyləri sayəsində “dəhliz” mövzusu artıq danışıqların gündəliyində deyil. Lakin Praqadan qayıdandan sonra Paşinyan komandasının üzvlərinə deyib ki, Əliyev yolların açılmasının əleyhinədir - o, məhz dəhlizin açılmasında israrlıdır" - deyə "Hraparak" qeyd edir.
Məqalə müəllifinin sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan sülh müqaviləsinin imzalanması prosesini ləğv edə və dəhlizi güc yolu ilə açmağa cəhd edə bilər.