Ukraynada türkiyəli qızların başını kəsən qatildən etiraf - VİDEO
    • 7-01-2019, 12:14
    • 1 569

Ukraynada türkiyəli qızların başını kəsən qatildən etiraf - VİDEO

Ukraynada iki gənc qızı qətlə yetirən Hüsnü Can “Cəzamı hər gün yaşayıram” notu yazıb. Qurbanların ailələri isə “Canı cəhənnəmə” deyə lənətlər yağdırıb.

Ukraynanın Xarkov şəhərində tibb ixtisası üzrə təhsil alan tələbə qızlar 22 yaşlı Buket Yıldız və Zeynəb Hüsünbəyi qətlə yetirib Türkiyəyə qaçan 21 yaşlı Hüsnü Can Pendikdə qəbiristanlıqda tutularaq həbs edilib.

Qatilin Türkiyəyə qayıtdıqdan sonra Pendikdə bir iş yerinə gedərək qızlara aid noutbuklar və telefonları satıb. Əşyalar polis tərəfindən müsadirə olunub.

Qatil dünən günorta saatlarında Anadolu məhkəməsinə çıxarılıb. O, jurnalistlərin “Sənmi öldürdün?” sualına “Bəli, mən öldürdüm” deyərək cavab verib. Hüsnü Can qətlin səbəbini keçmiş sevgilisi Buket Yıldızın ona geri dönmək istəməməsi ilə əlaqələndirib.

Buket Yıldız və rəfiqəsi Zeynəb Hüsünbəyinin cənazələri Türkiyəyə gətiriləcək.

//OxuAz