-
- 10-10-2022, 15:01
- 266
Azərbaycanda qohumu ilə tutulan evli kişi özünü öldürdü
Bir neçə gün əvvəl Göygöl rayonunda 31 yaşlı kişi özünü yandıraraq intihar edib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Həmin kənddə yaşayan 31 yaşlı Bəhlul Abbasov (şərti ad-soyadlı) üzərinə benzin tökərək özünü yandırıb. Bir gün sonra o, xəstəxanada vəfat edib.
Araşdırmalar zamanı məlum olub ki, B.Abbasov evlidir və uşaqları var. Bir müddət əvvəl onun həmin kənddə yaşayan, qohumu olan qadınla gizli münasibəti üzə çıxıb. Bundan sonra B.Abbasova qarşı təzyiqlər olub, o isə günahsız olduğunu deyib. Yekunda 31 yaşlı kişi yaşadığı kəndin ərazisində özünü yandıraraq həyatına son qoyub.
Baş vermiş dəhşətli hadisə ilə bağlı araşdırmaların aparıldığı bildirilib.