Sabah “Böyük yeddilik” Ukraynaya görə toplanır
    • 10-10-2022, 16:02
    • 257

Sabah “Böyük yeddilik” Ukraynaya görə toplanır

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri oktyabrın 11-də Rusiyanın Ukraynaya hücumu ilə bağlı təcili toplantı keçirəcək.

News24.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.

İclas videoformatda baş tutacaq.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski toplantının başlanğıcında iştirak edəcək.