"Bilirdim ki, mən bu mübarizədə qalib olacağam"- Xərçəngə qalib gələn İLK TƏLƏBƏ
    • 11-10-2022, 18:16
    • 1 376

"Bilirdim ki, mən bu mübarizədə qalib olacağam"- Xərçəngə qalib gələn İLK TƏLƏBƏ

"Həyat bir xəstəliyə, insanların baxışlarına fəda ediləcək qədər dəyərsiz deyil. Düzdür, çətin günlərim də olurdu. Amma bilirdim ki, mən bu mübarizədə qalib olacağam. Hər çətinliyin sonu işıqlı yola, yaxşı nəticəyə vara bilir. Əgər sən buna inanırsansa, demək ki, sən artıq qalibsən. Mənim kimi xərçənglə mübarizə aparan gənclərə, insanlara demək istəyirəm ki, əngəlli olsanız belə, xərçənglə mübarizə aparsanız da, uğurlu olmaqdan, mübarizə aparmaqdan əl çəkməyin". 

Bu sözləri News24.az-a müsahibəsində xərçəngə qalib gələrək ali məktəbə daxil olan ilk xanım tələbə Nəzirə Dursunova deyib.

O bildirib ki, əsas məqsədi öz hekayəsini paylaşmaqla xərçənglə mübarizə aparan insanlara motivasiya vermək, onlara faydalı olmaq istəyir.

Nəzirə Dursunova öz uğur hekayəsini saytımızın oxucuları ilə bölüşüb.

Videonu təqdim edirik: