Qusarda ötmə əməliyyatı qəza ilə nəticələndi
    • 12-10-2022, 01:33
    • 245

Qusarda ötmə əməliyyatı qəza ilə nəticələndi

Qusarın Köhnə Xudat kəndinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

VAZ-2107 markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar - Qusar rayon sakinləri, 1967-ci il təvəllüdlü Piyalə İmaməddin qızı Məmmədova, 1986-cı il təvəllüdlü Elşad Rahib oğlu Laçınov, 1989-cu il təvəllüdlü Elvin Marif oğlu Heybetov, 1990-cı il təvəlludlü Elvira Rafik qızı Əmiraslanova, 1992-ci il təvəllüdlü Murda Namid oğlu Məmmədov və 2005-ci il təvəllüdlü Naira Yaşar qızı Paşayevadır.

Xəsarət alanların hamısı Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, hadisəyə səbəb minik avtomobilinin ötmə əməliyyatı etməsi olub.

Hadisənin təfərruatı araşdırılır./“Report”/