UEFA Qara Qarayevi təbrik etdi - FOTO
    • 12-10-2022, 15:09
    • 263

UEFA Qara Qarayevi təbrik etdi - FOTO

UEFA Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Qara Qarayevi doğum günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, UEFA Avropa Liqasının rəsmi "Twitter" səhifəsində bu gün 30 yaşı tamam olan yarımmüdafiəçinin fotosu paylaşılıb.

Postda təcrübəli oyunçunun "köhlən atlar"ın əfsanəsi olduğu bildirilib.

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən “Qarabağ”da çıxış edir.