Almaniya Ukraynaya əlavə silahlar verəcək
    • 12-10-2022, 21:35
    • 250

Almaniya Ukraynaya əlavə silahlar verəcək

Almaniya Ukraynaya əlavə “Panzerhaubitze 2000” haubitsaları və “MARS II” reaktiv yaylım atəşi sistemləri (RYAS) verməyi öhdəsinə götürüb.

News24.az  xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin tviter mikrobloqunda bildirilib.

“Ramşteyn” formatında (təxminən 50 dövlətin daxil olduğu Ukraynanın müdafiəsi üzrə beynəlxalq təmas qrupu) görüş müharibə - Rusiyanın raket hücumları və Rusiyada qismən səfərbərlik, saxta referendumlar və Ukraynanın əks-hücumları dövründə keçirilir. Biz hazırkı dəstəyimizi koordinasiya edirik. Bir neçə həftə ərzində Ukraynaya əlavə “PzH2000” və “MARS II” veriləcək”, - Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.