Almaniya Ukraynaya yeni hərbi texnika verib
    • 20-09-2022, 00:27
    • 311

Almaniya Ukraynaya yeni hərbi texnika verib

Almaniya vəd edilmiş hərbi texnikanı Ukraynaya təhvil verib. Ukraynanın silahlı qüvvələri iki ədəd “Mars II” raket sistemi və 50 ədəd “Dingo” zirehli personal daşıyıcısını qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna hərbçiləri üçün təlim layihələri də istifadəyə veriləcək.

Qeyd edək ki, “Dingo” zirehli personal daşıyıcısı patrul xidmətləri üçün istifadə olunan xüsusi silahlı maşındır.