Ermənistanda hərbçiləri daşıyan maşın özlərinin basdırdıqları MİNAYA DÜŞDÜ - FOTO
    • 14-10-2022, 16:50
    • 156

Ermənistanda hərbçiləri daşıyan maşın özlərinin basdırdıqları MİNAYA DÜŞDÜ - FOTO

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini və hərbi əmlakını daşıyan UAZ markalı avtomobil oktyabrın 14-ü günorta saatlarında özləri tərəfindən Cermuk istiqamətində əvvəlcədən quraşdırılmış tank əleyhinə minaya düşüb.

News24.az "APA"-ya istinadən bildirir ki, bu barədə "Novosti Azerbaijan" Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, erməni hərbi qulluqçuları arasında həlak olan və yaralananlar var.

Texnika isə yararsız vəziyyətə düşüb.