-
- 14-10-2022, 23:42
- 406
Türkiyədə kömür mədənində partlayış: 2 ölü, 20 yaralı - YENİLƏNİB
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
News24.az Turkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, hadisə yerinə 1 reanmobil, 31 TTY avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.
21.18
Türkiyənin Bartin vilayətində daş kömür mədənində partlayış baş verib.
News24.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb edilib.Artıq partlayış nəticəsində dağıntılar altında qalan 87 işçidən 11-i xilas edilib.
Bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gedib.
Bartin vilayəti Respublika Baş Prokurorluğunda baş verən partlayış ilə bağlı istintaq başladılıb, 3 prokuror işə cəlb olunub.
Partlayışın səbəbi hələ ki, məlum deyil.