Bartın valisi: Mədəndən 12 işçi xilas edilib
    • 14-10-2022, 23:58
    • 192

Bartın valisi: Mədəndən 12 işçi xilas edilib

Türkiyənin Bartın vilayətində yerləşən partlayış baş vermiş daş-kömür mədənində həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 12 nəfər xəsarət almış işçi xilas edilib.

News24.az xəbər verir ki, bu barədə Bartın valisi Nurtaç Aslan məlumat verib.

Digər bir ilkin versiya məlumatına görə, partlayış mədəndəki elektrik transformatorda yaranıb.

Xilas edilənlər dərhal xəstəxanalara daşınıblar.

Axtarış-xilasetmə işləri davam edir.