Avtomobili narkotikin təsiri altında sürən sürücü saxlanıldı
    • 15-10-2022, 10:55
    • 196

Avtomobili narkotikin təsiri altında sürən sürücü saxlanıldı

Oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. 

News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.

Masallı rayon məhkəməsinin qərarı ilə M.Məmmədov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.