-
- 15-10-2022, 11:44
- 318
Bakıda dəhşətli partlayışda həlak olan 21 yaşlı Toğrulun FOTOSU
Oktyabrın 9-da Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda yaralanan və ötən gecə xəstəxanada vəfat edən 21 yaşlı Toğrul Əfqan oğlu Əliyev Şəki rayon sakini imiş.
News24.az-ın əldə etdiyi məlumata görə, Bakıda kirayədə yaşayan və paytaxtda işləyən Toğrul bu gün doğulub, böyüdüyü Şəkinin Göynük kəndində dəfn edilib.
Toğrul əliyevin fotosunu təqdim edirik:
Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunmuş 2001-ci il təvəllüdlü Toğrul Əliyevə bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı diaqnozu qoyulmuşdu.
Partlayışın təsirindən ümumi sahəsi 36m² olan ikiotaqlı mənzilin bir otağının arakəsmə divarı və eyvanı dağılıb, yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 13m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə zamanı partlayışın təsirindən eyvanda deformasiyaya uğramış daşların yerə düşməsi zamanı daha 2 nəfər kəllə-beyin travması alıb.