Ermənistan Türkiyəyə başsağlığı verib
    • 15-10-2022, 23:25
    • 320

Ermənistan Türkiyəyə başsağlığı verib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Bartın şəhərindəki mədən partlayışı ilə bağlı Türkiyəyə başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı tviterdə yazıb.

“Bartında kömür mədənindəki partlayış nəticəsində həlak olanların yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm”, - A.Mirzoyan qeyd edib.

Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda kömür mədənində 41 nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.