Ukraynada ölən uşaqların sayı açıqlandı
    • 29-06-2022, 10:29
    • 236

Ukraynada ölən uşaqların sayı açıqlandı

Ukraynada Rusiyanın tammiqyaslı işğalı nəticəsində yaralanan uşaqların sayı 627-yə, öldürülən ukraynalı uşaqların sayı isə 341-ə çatıb.

News24.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

"Rusiya Federasiyasının ölkəmizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 968-dən çox uşaq xəsarət alıb. 2022-ci il iyunun 29-u səhərə olan məlumata görə, gündəlik qurbanların rəsmi sayı dəyişməyib - 341. Yaralıların sayı 627-yə  çatıb", -  deyə  qeyd olunub.