-
- 18-10-2022, 17:05
- 364
İranın Azərbaycanla sərhəddəki təlimləri: Tehranın agent və hərbi baza axtarışları NƏTİCƏ VERMİR
“İranın daxilindəki böhranın miqyası dərinləşdikcə Tehranın agent axtarışlarının motivləri saxta arqumentasiyalara əsaslanır. Vəziyyət o həddə çatıb ki, İranın teokratik rejimi Azərbaycan, İsrail və Səudiyyə Ərəbistanının ona qarşı üçtərəfli formatda cəbhə yaratdığını düşünür. Ortaya isə əsaslı bir fakt qoyulmur, Tehrandan gələn “səslər”in ucalması isə yalnız küt və gülünc fərziyyələrin izharıdır”.
Bunu News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.
Ekspert bildirib ki, İranın Araz çayı sahillərində keçirdiyi təlimlər daxildəki hərarətin qalxması və bunun xarici qüvvələrlə əlaqələndirilməsi cəhdləri fonunda güc nümayişi kimi dəyərləndirilməlidir: “İranın Cənubi Qafqaz regionuna dair məntiqi bundan ibarətdir ki, Zəngəzur dəhlizi sərhəd dəyişikliyi kontekstində deyil, yalnız iqtisadi parametlərlə işə düşməlidir.
Azərbaycan Ermənistandan istədiyini kompleks şəkildə almaqda israrlıdır. İran isə qısqanclıq və hiddətini özünün sərhədlərinə dair narahatlıq epitetləri adı altında gizlədərək Bakıya qarşı “hücuma” taktikasına üstünlük verir. İranın təlimləri təbii ki, Azərbaycan tərəfi ilə razılaşdırılıb, yəni, Tehran təlimlərin məqsəd və perspektivlərinə dair Bakını məlumatlandırıb. Lakin təlimlərin yedəyində SEPAH-ın hədələr yağdırması məqsədlərin heç də xoş niyyətə söykənmədiyini göstərən əlamətlərdir”.
O qeyd edib ki, İranın təlimlərindəki məqsəd Azərbaycana qarşı “mən sənin sərhədə dair yeni strateji nəticələr əldə etməyinə imkan vermərəm” mesajını verməkdir: “Hərçənd ki, burada blef notlarını da sezmək elə çətin deyil.
İran İsrailin Azərbaycandakı kəşfiyyat fəaliyyətindən, hətta guya İsrailin burada bazası olması barədəki şübhələrini inandırıcı müstəviyə keçirmək üçün belə təlimlərə müraciət edir. Ancaq iddialara dair tutarlı bir arqument yoxdur, məsələn, İran nə peyk görüntüləri təqdim edə bilir, nə də ki, başqa bir vasitə ilə dediklərinin doğru olduğunu isbatlayır.
Azərbaycana münasibətdə Qərbin davranışlarında qərəzli meyarlar olsa da, İranla bağlı məsələdə Qərb Azərbaycanın yanında dayanır. Rusiya isə bir növ Azərbaycan-İran gərginliyini kənardan seyr edir və onun da mövqeyi daha çox Bakının maraqları ilə üst-üstə düşür”.