Salyanda qardaşını qətlə yetirən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
    • 19-10-2022, 11:43
    • 303

Salyanda qardaşını qətlə yetirən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

Salyanda qardaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, bu il iyulun 15-də rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasovun bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasova bıçaqla xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.

Toplanan sübutlar əsasında Mehman Abbasova Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilmib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.