Əli yem üyüdən dəzgahda sıxılı vəziyyətdə qaldı -VİDEO
    • 19-10-2022, 17:12
    • 183

Əli yem üyüdən dəzgahda sıxılı vəziyyətdə qaldı -VİDEO

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əli yem üyüdən dəzgahda sıxılı vəziyyətdə qalan vətəndaşı xilas ediblər.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az verilən məlumata görə Bakı şəhərinin Xəzər rayonunda 1969-cu il təvəllüdlü bir nəfərin əlinin yem üyüdən dəzgahda sıxılı vəziyyətdə qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilərin təcili tibbi yardım briqadasının müşayiəti ilə həyata keçirdiyi xilasetmə tədbirləri (xüsusi alət vasitəsi ilə dəzgahı kəsərək hissələrə ayırıblar) nəticəsində vətəndaşın əli dəzgahda çıxarılıb. Xəsarət alan şəxs təcili tibbi yardım briqadasına təhvil verilib.