İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışı etdilər - FOTO
    • 20-10-2022, 13:15
    • 208

İlham Əliyev və Ərdoğan Zəngilan aeroportunun açılışı etdilər - FOTO

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.