Binəli Yıldırımın səhhəti ilə bağlı - AÇIQLAMA
    • 20-10-2022, 22:11
    • 234

Binəli Yıldırımın səhhəti ilə bağlı - AÇIQLAMA

Türkiyənin Səhiyyə naziri Fahreddin Koca Cəbrayılda qəzaya düşmüş AKP sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırımın səhhəti ilə bağlı məlumat yayıb. 

News24.az xəbər verir ki, Fahreddin Koca Binəli Yıldırımın səhhətinin yaxşı olduğunu bildirib: 

“Azərbaycanda səfərdə olan cənab Binəli Yıldırımın mühafizəçisi ilə millət vəkili, dostumuz Şamil Ayrımın maşını qəzaya düşüb. Mən onunla danışdım. Öyrəndim ki, onların üçünün də səhhəti yaxşıdır, qəzadan yüngül xilas olublar. Yenidən şəfa diləklərimi çatdırıram”.