-
- 21-10-2022, 17:39
- 342
Bakıda otel kimi fəaliyyət göstərən villada əməliyyat – TUTULANLAR VAR
Bakı şəhər Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən “Ay” otelində əməliyyat keçirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, polisin keçirdiyi əməliyyat zamanı otel kimi fəaliyyət göstərən villada əxlaqsızlıq yuvasının təşkil edilməsi üzə çıxıb. Otel nömrələrində pul müqabilində cinsi əlaqədə olmaq üçün görüşən 3 qadın və 3 kişi aşkar edilib.
Bundan sonra otelin icarədarı olan Elşən və inzibatçı Səyavuş adlı şəxslər barəsində cinayət işi açılıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları təşkil etmə) maddəsi ilə açılmış iş üzrə həbs ediliblər.
Oktyabrın 12-də Səbail Rayon Məhkəməsində bu şəxslər barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə onların həbsdə saxlanıldığı müddəti və sair halları nəzərə alaraq onları şərti cəzaya məhkum edib. Hər iki şəxs 12 oktyabrda məhkəmə zalından azadlığa buraxılıb.