Cinsi əlaqədə olmaq üçün 230 manata 3 qadın gətizdirdi - Bakı-Qazax yolunda ŞOK ƏMƏLİYYAT
    • 21-01-2022, 13:53
    • 7 204

Cinsi əlaqədə olmaq üçün 230 manata 3 qadın gətizdirdi - Bakı-Qazax yolunda ŞOK ƏMƏLİYYAT

Ağdaş rayonunda qadınları fahişəliyə cəlb edən Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Sədaqət Əhmədova barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi bir müddət əvvəl başa çatıb.

News24.az
-ın məlumatına görə, Cinayət Məcəlləsinin 171 və 243-cü maddələri üzrə toplanan materiallar baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib və işə hakim Famil Nəsibovun sədrliyi ilə baxılıb.

Məlum olub ki, S.Əhmədova Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Tvuz və digər ətraf rayonlarda çoxsaylı qadınları fahişəliyə cəlb edərək onların kişilərlə görüşlərini təşkil edib və buna görə maddi gəlir əldə edib. İş üzrə 8 qadın zərərçəkmiş kimi tanınıb və onlardan birinin fahişəliyə cəlb edilərkən yetkinlik yaşına çatmadığı məlum olub.

Həmin qızı yeniyetmə və gözəl olduğu üçün kişi müştərilərə tərifləyərək satan Sədaqət bu əməlinə görə əlavə olaraq Cinayət Məcəlləsinin 171.1-ci ( yetkinlik yaşına çatmayanı fahişəlik və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsilə təqsirlənidirilib.

Məhkəmədə məlum olub ki, Sədaqət Əhmədova fahişəliyə cəlb etdiyi qadınlar üçün kirayə ev tutmaqda köməklik göstərib. Daha sonra o, Sübhan adlı şəxsə 230 manat qarşılığında 3 qadın göndərməyə razılaşıb. Sədaqət həmin qadınları taksi ilə Mingəçevirdən Ağdaşa yola salıb. Ağdaş rayonu ərazisində - Bakı-Qazax yolunun 276-cı kilometrliyində müştəri qadınları qarşılayaraq onları taksidən düşürüb və G.Məmmədovaya 230 manat verərək cinsi əlaqədə olmaq üçün aparmaq istəyib. Bu zaman əməliyyat tədbiri keçirən İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları onları saxlayıblar.

Məhkəmədə S.Əhmədova çoxsaylı qadınları illərdir fahişəliyə cəlb etdiyini, onları 60 manatdan 200 manatadək pul müqabilində müştərilərlə görüşdürdüyünü və buna uyğun özünün faiz götürdüyünü etiraf edib. O, boşandığnı, 2 uşağa baxdığını, anasının 75 yaşı olduğunu və ona baxdığını, ilk dəfə cinayət törətdiyini, xəstə kimi qeydiyyatda olduğunu və sair yüngülləşdirici halları bildirərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.

Məhkəmə Sədaqət Əhmədovan şərti cəzaya məhkum edib və o, azadlıqda qalıb.